Türkiyədə güclü zəlzələ oldu

Türkiyənin Van şəhərinin Baxçasaray qəsəbəsində 4 bal gücündə zəlzələ olub. ONN media xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilir ki, yeraltı təkanlar zamanı can itkisi və tələfat yaşanmayıb.