BMT-dən QORXUNC XƏBƏRDARLIQ: Koronavirusdan sonra daha bir pandemiya gələcək

BMT-dən QORXUNC XƏBƏRDARLIQ: Koronavirusdan sonra daha bir pandemiya gələcək

Yeni tip koronavirusdan sonra dünyada aclıq pandemiyası yayılacaq. ONN media  xəbər verir ki, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) xəbərdarlıq edib. Təşkilatın Dünya Ərzaq Proqramı ilə birlikdə hazırladığı hesabatda hazırda 55 ölkədə 135 milyon insanın aclıqla qarşı-qarşıya olduğu, gələcəkdə bu rəqəmin 265 milyona çıxa biləcəyi qeyd edilib. Qıtlığın müharibə, iqtisadi böhran və qlobal istiləşmə təhdidi altında olan 10 ölkədə daha sərt olacağı bildirilib. 2019-cu ilin siyahısına görə, Afrikada 73, Yaxın Şərq və Asiya bölgəsində 43, Latın Amerikası və Karibdə 18,5, Avropada 0,5 milyona yaxın insan qıtlıqdan əziyyət çəkir. Ərzaq böhranı yaşanan 55 ölkədə 5 yaşdan aşağı 17 milyon uşaq kifayət qədər qida qəbul edə bilmir. Ən acınacaqlı vəziyyət Yəmən, Konqo, Əfqanıstan, Venesuela, Efiopiya, Cənubi Sudan, Suriya, Sudan, Nigeriya və Haitidədir.(publika.az)

Geri qayıt