Ərdoğan və Ruhani arasında telefon danışığı oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında telefon danışığı olub. ONN media bildirir ki, telefon söhbətində hər iki lider yeni növ koronavirusla (COVİD-19) mübarizə tədbirləri, ikitərəfli əlaqələr və regional məsələlər haqqında müzakirə aparıblar.