İtaliyada koronavirus qurbanlarının sayı 25 mini keçdi, sağalanların sayı isə...

İtaliyada koronavirus qurbanlarının sayı 25 mini keçdi,  sağalanların  sayı  isə...


İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində son sutka ərzində 437 nəfər ölüb, bununla da ölənlərin ümumi sayı 25 085-ə çatıb.

ONN media xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Məlumata görə, son 24 saatda rekord sayda sağalma faktı qeydə alınıb – 2943 nəfər, həmçinin ağır vəziyyətdə olan xəstələrin sayı da azalıb – 2384 nəfər. Pandemiyanın başlanğıcından bəri ümumilikdə 187 327 nəfər virusa yoluxub.

Geri qayıt