Rusiya COVID-19-u belə müalicə edir - İLGİNC ÜSUL

Rusiya COVID-19-u belə müalicə edir - İLGİNC ÜSUL

Rusiyada COVID-19-a qarşı yeni müalicə üsulunun tətbiqinə başlanılıb. ONN media xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb. N.V.Sklifosovski adına Moskva şəhər Elmi-Tədqiqat Təcili Yardım İnstitutunun tətbiq etdiyi müalicə üsulu helium qazından istifadəyə əsaslanır. Sözügedən üsulla qanın qaz tərkibi normallaşdırılır və turşu-qələvi balansı bərpa olunur. Həkimlərin fikrincə, helium koronavirusla bağlı qanda yaranan oksigen çatışmazlığının qarşısını ala bilər.

Geri qayıt