Duanın gücünü bir daha gördük - Tramp müsəlmanları təbrik etdi

Duanın gücünü bir daha gördük - Tramp müsəlmanları təbrik etdi

ABŞ prezidenti Donald Tramp müsəlmanları müqəddəs Ramazan ayı münasibətilə təbrik edib. ONN media xəbər verir ki, o bildirib ki, Ramazan oruc tutmaq, Quran oxumaq və ehtiyac sahiblərinə yardımlar etmək üçün ayıdır. "Pandemiya ilə əlaqədar yaşanan bu çətin vəziyyətdə duanın gücünü bir daha gördük” deyən Tramp, İslamın sülh, bərəkət və sevgi dini olduğunu xatırladıb. “Həm ABŞ həm də bütün dünyadakı müsəlmanlara bərəkətli və sülh dolu ramazan diləyirəm” - deyə Tramp bildirib.(publika.az)

Geri qayıt