Tramp 1915-ci il hadisələrini yenə “soyqırım” adlandırmadı

ABŞ prezidenti Donald Tramp 1915-ci ildə Osmanlıda baş verən 1915-ci il hadisələrini bu il də “soyqırımı” deyil, “Böyük Fəlakət” adlandırıb. ONN media xəbər verir ki, bu barədə məlumat Ağ Evin rəsmi saytında yer alıb. Məlumata görə, o, ermənicə “Böyük Fəlakət” mənasına gələn “Meds Yegern” ifadəsini işlədib. Qeyd edək ki, Ermənistan və erməni lobbisinin iddiasına əsasən, Türkiyənin sələfi olan Osmanlı imperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı "soyqırım" törədib.(publika.az)