Bu ölkədən gələnlər arasında koronaya yoluxanlar var - TƏBİB sədri

Bu yaxınlarda Rusiyadan Azərbaycana qayıdın 548 nəfər arasında ciddi yoluxma faktları aşkar etmişik. ONN media xəbər verir ki, bunu Bakı Biznes Mərkəzində keçirilən brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. "Onlar karantin rejimində saxlanılacaq. Bu fakt bir daha onu göstərir ki, biz mütləq karantin rejimini xaricdən gələn vətəndaşlarımıza tətbiq etməli və müvafiq müayinələrdən sonra onların evə buraxılmasını təmin etməliyik", - TƏBİB sədri qeyd edib.