Almaniyadan SON XƏBƏR: Bir gündə virusdan ölənlərin sayı kəskin artdı

Almaniyada son 24 saat ərzində 140 nəfər koronavirusdan ölüb. ONN media xəbər verir ki, bu barədə Robert Kox İnstitutu məlumat yayıb. Bildirilib ki, koronavirus qurbanlarının sayı 5640-a çatıb. Yoluxanların sayı isə 1737 nəfər artaraq 154 min 175 nəfər olub. Onlardan 112 min nəfər sağalıb.