Məşhur modelyer DÜNYASINI DƏYİŞDİ

Türkiyənin tanınmış modelyeri Nur Yerlitaş vəfat edib. ONN media xəbər verir ki, modelyer 65 yaşında səhhətindəki problemlər səbəbilə dünyasını dəyişib. Qeyd edək ki, N.Yerlitaş 2019-cu ildə baş beyindən cərrahiyyə əməliyyatı keçirmişdi. Əməliyyatdan sonra hər gün kimyaterapiya müalicəsi alan məşhur sağlamlığına qovuşa bilməyib. Yerlitaş ölkəmizdə “Bu gün Ne Giysem” (2011), “Bu Tarz Benim” (2014), “İşte Benim Stilim” (2015-2017) kimi dəb proqramları ilə tanınıb.(publika.az)