Türkiyədən koronavirusla bağlı SON XƏBƏR

Türkiyədə koronavirusdan ölənlərin sayı bu gün daha 95 nəfər artaraq, 2900-ə çatıb. ONN media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca açıqlama verib. Son sutka ərzində 2231 nəfər virusa yoluxub. Bununla da, yoluxanların sayı 112 261-ə yüksəlib. Qeyd edək ki, ölkədə ümumilikdə sağalanların sayı 35 minə çatıb.