Yumşalmanın ilk günü vəziyyət necədir?

Yumşalmanın ilk günü vəziyyət necədir?

Bəzi xidmət sahələri və iş yerlərinin fəaliyyətinin bərpa olunması sərnişin axınına təsirsiz ötüşməyib. Əvvəlki günlərlə müqayisədə aprelin 27-də səhər sərnişin axını daha yüksək olub.

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, 27 apreldə - karantin yumşalmasının ilk günü 740 mindən artıq sərnişinin daşınması təmin olunub.

“Sərnişin axınında artım hələ ötən həftədən özünü göstərməyə başlayıb. Keçən həftə boyunca gündəlik sərnişin axını 550-600 min arasında dəyişib. Ancaq dünən bu rəqəm 200 minə yaxın artıb”, - Ağayev bildirib.

Geri qayıt