Bakının mərkəzində bərbər və müştəriləri cəzalandırıldı

Bakının mərkəzində bərbər və müştəriləri cəzalandırıldı

Səbail rayonunda xüsusi karantin qaydalarını pozan bərbər salonu aşkar edilib. ONN media   Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, 20-ci sahə adlanan ərazidə Əmrah Əhmədova məxsus kişi salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı obyetin sahibi və 1 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətirilib. Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar.

Geri qayıt