Dərs ili vaxtından əvvəl başlaya bilər - Rəsmi

Vəziyyət tələb edərsə, dərs ili vaxtından əvvəl başlaya bilər. ONN media xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva Yeni TV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, əslində, hər il dərslər ənənəvi olaraq, sentyabrın 15-də başlayır: “Biz hazırda dərs ilinin sonuna dair məsələləri, proqramları müzakirə edirik. Amma dərs ilinin başlanılması barədə Nazirlər Kabineti qərar verir. Nazirlər Kabinetinin qərarı əsasında dərs ilinin başlanılma tarixi müəyyən ediləcək”.