Abituriyentlərin nəzərinə - Təhsil Nazirliyi qərar verdi

Abituriyentlərin nəzərinə - Təhsil Nazirliyi qərar verdi

Bu il buraxılış imtahanları verəcək şagirdlər imtahanın məzmununa görə narahatdırlar. Amma qeyd etmək lazımdır ki, əvvəlki illərdə də buraxılış imtahanlarının sualları hazırlanarkən buraya son aylar üzrə mövzularla bağlı suallar daxil edilmirdi. ONN media xəbər verir ki, bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bildirib. Onun sözlərinə görə, bu baxımdan şagirdlər imtahan suallarının məzmununun dəyişdirilməsinə görə narahat olmasınlar: “Onlar narahat olmasınlar ki, məzmun gözlənilməz olacaq və hazırlıqsız yaxalanacaqlar. Buraxılış sinif şagirdləri istənilən halda təhsil sənədi almalı, abituriyentlər isə ali məktəbə daxil olmalıdırlar. Vəziyyətdən asılı olaraq, bununla bağlı addımlar atılacaq”.

Geri qayıt