Bakıda silahlı şəxs mağazaya basqın edib

Bakıda silahlı şəxs mağazaya basqın edib

Bakıda maskalı şəxs mağazaya silahlı basqın edib.

ONN media xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Gəncə prospektində baş verib. Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Cavad Nurullayev Xətai rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə müraciət edərək bildirib ki, satıcı işlədiyi Gəncə prospektindəki "Oba" marketə 1 nəfər üzünü tibbi maska ilə bağlayan daxil olaraq əlindəki bıçaqla onu hədələyib və kassadan 1 200 manat götürüb.

Faktla bağlı Xətai rayon cinayət işi açılıb, araşdırma aparılır.

Geri qayıt