Elman Rüstəmov bağlanan bankdan danışdı

“Atabank”dakı əmanətlərin böyük hissəsi qorunmurdu. Biz bankı məcbur etdik ki, əmanətlçiləri sığorta müqaviləsinə cəlb eləsinlər. Çünki bilirdik ki, onlar gəlib Azərbaycan Mərkəzi Bankının (AMB) qarşısında toplaşacaq”. ONN media xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında deyib. “Artıq “Atabank”da qorunmayan əmanətlər minimuma enib. Halbuki vaxtilə onların xüsusi çəkisi 15% idir”, – baş bankir qeyd edib.