Hələbdə güclü partlayış: ölənlər var

Suriyanın Hələb şəhərində maye qaz anbarında partlayış olub. ONN media xəbər verir ki, hadisə nəticəsində 5 nəfər ölüb, 15 nəfər yaralanıb. Məlumata görə, partlayışın zərbəsi nəticəsində bir neçə ev dağılıb. Dağıntılar altında qalan insanları çıxarmaq üçün əraziyə axtarış-xilasetmə qrupları cəlb edilib.