Bu şəhərlərimiz "narıncı zona" elan edildi - RƏSMİ

Əldə edilən nəticələrin qorunması üçün ərazilər üzrə yumşaldılma tədbirləri həyata keçirilir. ONN media xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, aktiv yoluxma halları xüsusilə Gəncə və Lənkəran şəhərlərində müşahidə olunub: "Bu bölgələr Bakı və Sumqayıt şəhərləri kimi "narıncı zona" olaraq qeyd olunub. Aprel ayının 26 günündə Gəncədə 101, Samux və Göygöldə isə 15 yoluxma faktı qeydə alınıb".