Türkiyədə son durum necədir?

Türkiyədə son durum necədir?

Türkiyədə son bir gün ərzində koronavirusa 1 983 nəfər yoluxub.

ONN media xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca bildirib. 

O, qeyd edib ki, bu gün ölkədə daha 78 nəfər koronavirusdan ölüb. Bununla da COVID-19-dan ölənlərin sayı 3 336-ya çatıb.

Nazirin sözlərinə görə, virusa yoluxmuş 4 451 nəfər sağalıb. "Martın 30-dan ilk dəfə virusa birgünlük yoluxma sayı 2 000-ə yaxınlaşıb", - deyib. 

Geri qayıt