Türkiyədə giriş-çıxış qadağası uzadıldı

Türkiyədə  giriş-çıxış qadağası  uzadıldı

Türkiyə ölkənin 31 vilayətinə giriş-çıxış qadağasını daha bir gün uzatmaq qərarına gəlib. ONN media  xəbər  verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi bildirib. Məlumata görə, mayın 4-ü saat 00: 00-a qədər quru, hava və dəniz əlaqələri dayandırılacaq.

Məhdudiyyətlər Adana, Ankara, Antalya, Aydın, Balıkesir, Bursa, Dənizli, Diyarbakır, Ərzurum, Eskişehir, Gaziantep, Hatay, İstanbul, İzmir, Kahramanmaraş, Kayseri, Kocaeli, Konya, Malatya, Manisa, Mardin, Mersin, Muğla, Ordu, Sakarya, Samsun, Şanlıurfa, Tekirdağ, Trabzon, Van və Zonguldak vilayətlərində tətbiq olunur. Qeyd edək ki, Türkiyədə koronavirusa yoluxma hallarının sayı 124 375 nəfərə yüksəlib, 4 451 nəfər sağalıb.
Geri qayıt