Türkiyədə zəlzələ olub

Türkiyənin Elazığ vilayətində 4.0 bal gücündə zəlzələ baş verib. ONN media xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 16:25-də qeydə alınıb. Zəlzələnin episentri Sivrice rayonunda olub. Yeraltı təkanlar 7 kilometr dərinlikdə yerləşib.
Mümkün tələfatlar və dağıntılar barədə məlumat verilməyib.