Britni Spirs evini YANDIRDI

Keçirdiyi psixoloji sarsıntılarla gündəmdə olan dünyaca məşhur ifaçı Britni Spirs evini yandırıb. ONN media xəbər verir ki, 38 yaşlı amerikalı müğənni evinin idman zalını yandırması barədə özü məlumat verib. O söyləyib ki, idman edəndən sonra yandırdığı şamları söndürməyi unudub. Bunun nəticəsində evdə böyük yanğın əmələ gəlib. Bir neçə əşyanı çıxmaq şərtilə idman salonu tamamilə yanıb.