İmişlinin deputatından DTX əməliyyatı ilə bağlı məlumat

İmişlinin deputatından DTX əməliyyatı ilə bağlı məlumat

İmişli rayon icra başçısı Vilyam Hacıyevin hansı səbəbdən saxlanılması barədə məndə hələlik məlumat yoxdur.

Bunu İmişli rayonunun deputatı Razi Nurullayev deyib. O bildirib ki, icra başçısının saxlanılması barədə məlumatı mətbuatdan alıb:

“Mən bu xəbəri alanda Milli Məclisdə iclasda idim. Bilirsiniz ki, bu gün MM-in plenar iclası var. Ona görə hələlik az məlumatlıyam”.

Millət vəkili onu da qeyd edib ki, İmişli sakinləri tərəfindən icra başçısı ilə bağlı ona kütləvi şikayətlər daxil olmayıb:

“Mənə bütün regionlardan şikayət gəlirdi. Amma İmişlidən kütləvi şikayət daxil olmayıb. Başqa bölgələrdən daha çox şikayət gəlirdi, nəinki İmişli Rayon İcra Hakimiyyətindən”.

Geri qayıt