Tramp açıqladı: Çin virusu qəsdən...

Çin koronavirusu qəsdən yaratmadı, amma bu (COVİD-19), Uhandan çıxdı. ONN media xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib. “Virus Uhan şəhərindəki laboratoriyada yaradılmaya bilər. Amma bu, Uhanda meydana gəlib. Çin virusun yayılmasına icazə verməməli idi”, - deyə Ağ Ev rəhbəri bildirib. Qeyd edək ki, Pompeo koronavirusun Uhanda bir laboratoriyadan yayıldığına dair əllərində sübutlar olduğunu açıqlayıb.(axar.az)