Koronavirusa görə ləğv edilmiş seçkilər yenidən keçiriləcək - Məhkəmə QƏRAR VERDİ

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yeni növ koronavirusun (COVID-19) yayılması səbəbiylə ləğv edilən Nyu-York Demokrat Partiyasına sədr seçkisi yenidən iyunun 23-nə təyin edilib. ONN media xəbər verir ki, Nyu-York Federal Ərazi Məhkəməsinin hakimi Analisa Torres seçkinin ləğv edilməsi haqqında qərarı ləğv edib. O bildirib ki, Demokrat Partiyasının sədrliyi postuna namizədlər - Berni Sanders və Endryu Yanqın ilkin seçkidə təmsil olunma hüququnun olmaması konstitusiyaya ziddir. Torres qeyd edib ki, seçkinin ləğv edilməsi fundamental hüquqların pozulmasıdır: "Demokratik seçicilərin dəstəklədikləri namizədi seçmək hüququndan məhrum edilməsi yolverilməzdir. İlkin seçkilərin keçirilməsi haqqında qərar Berni Sandersin seçiciləri tərəfindən də alqışlanıb". Bildirək ki, Nyu-York Seçki Qurumu aprelin 27-də COVID-19-a qarşı həyata keçirilən tədbirlərə istinad edərək iyunun 23-nə təyin edilən Demokrat Partiyasına sədr seçkisini ləğv edib.(publika.az)