Bu ölkədə koronavirusa yoluxanların sayı 200 mini ötdü

Böyük Britaniyada yeni növ koronavirusa daha 6 111 nəfər yoluxub. ONN media bildirir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 201 101 nəfərə çatıb. Bildirilir ki, son sutka ərzində 649 nəfər koronavirusdan dünyasını dəyişib, ölənlərin ümumi sayı 30 076 nəfər təşkil edir.
Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Boris Conson bildirib ki, mayın 10-u ölkənin mərhələli şəkildə koronavirusdan çıxması üzrə plan təqdim ediləcək.