Türkiyəli nazir korona ilə bağlı son durumu açıqladı

Türkiyədə son 24 saat ərzində daha 57 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. ONN media xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 641 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 977 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 133 721 nəfərə çatıb. Nazir əlavə edib ki, ötən sutka ərzində sağalanların ümumi sayı 82 984 nəfər təşkil edir.