Qalmaqallı serialın yayımı dayandırıldı? - QƏRAR VERİLDİ

Qalmaqallı serialın yayımı dayandırıldı? - QƏRAR VERİLDİ

"Netflix"də yayımlanan və müzakirələrə səbəb olan "Aşk 101" serialı ətrafında qalmaqal davam edir. ONN media  xəbər verir ki, ekran işi ilə bağlı məhkəməyə şikayət edilib. "Aşk 101"in gəncləri homoseksuallığa yönləndirdiyi, gəncləri tərbiyəsizliyə sürüklədiyi bildirilib. Hakim ekran işi ilə bağlı araşdırma aparıb və qərar verilib. Bildirilib ki, serial televiziyada yayımlanmadığı, ödənişli bir saytda yayımlandığl üçün heç bir maneə ola bilməz. İnsanlar pul ödəyib, sayta abunə olurlar, bu da onların öz iradəsindən asılıdır. Qərara əsasən heç bir şikayət qəbul edilməyib. Serialda həyatda öz yolunu tapmağa çalışan bir qrup gəncdən bəhs edilir.

Geri qayıt