Türkiyədə məktəblər açılır?

Bizim bəzi regionlarımızda yoluxma demək olar ki, yoxdur, bəzilərində isə lap çoxdur. Əgər regionlara görə məktəblərin açılmasına ehtiyac olacaqsa, buna hazırıq. ONN media xəbər verir ki, bunu Türkiyənin Təhsil naziri Ziya Səlcuq deyib. “Dünya miqyasında məktəblərin açılması ilə bağlı hesabatları izləyirik. Hər şeyi analiz edirik. Bizim üçün 1 iyun hədəfdir. Həyatın normallaşmasını istəyirik. Olmasa, məktəblərin açılması sentyabra qalacaq”, - nazir bildirib.