Güclü zəlzələ baş verdi

Romada 3.3 bal gücündə zəlzələ qeydə alınıb. ONN media xəbər verir ki, mayın 11-də səhər baş verən zəlzələnin episentri Romanın şimal-qərbində 10 kilometr dərinlikdə olub və həmin ərazidə insanlar güclü silkələnmə hiss ediblər. Mərkəzdə titrəyişlər hiss olunsa da, itki və dağıntı yoxdur. Tivoli və Qvidoniya şəhərlərində insanlar küçələrə axışıblar.