Azərbaycanda 3 körpü uçdu - FOTOLAR

Son günlər intensiv yağan yağışlar nəticəsində Ağstafa rayonunda ikisi Yuxarı Göycəli və biri Tatlı kəndlərinin ərazilərində olmaqla, Həsənsu çayının üzərində yerləşən ümumilikdə 3 körpünün uçması (qəzalı vəziyyətə düşməsi) barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub.
FHN-dən ONN media -ya verilən məlumata görə, əraziyə nazirliyin aidiyyəti nümayəndələri cəlb olunub, hadisə yerində müvafiq tədbirlər görülüb.
Müəyyən edilib ki, aramsız yağışlar nəticəsində uçmuş (qəzalı vəziyyətə düşmüş) körpülər kəndlərdə daxili gediş-gəliş vasitəsi kimi istifadə olunub.