Türkiyədən korona ilə bağlı YENİ XƏBƏR

Türkiyədən korona ilə bağlı YENİ XƏBƏR

Türkiyədə son 24 saat ərzində daha 55 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. ONN media xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 841 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 114 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 139 771 nəfərə çatıb. Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 95 780 nəfər təşkil edir.
Geri qayıt