Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı

Ramazanın 19-cu günü: Dua, imsak və iftar vaxtı

Sabah Azərbaycanda Ramazan ayının on doqquzuncu günüdür. ONN media   xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 13-də imsak saat 03:41, iftar isə 20:03-dədir. On doqquzuncu günün duası: “Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin”. Tərcüməsi: “İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi”. Allah orucunuzu qəbul etsin!

Geri qayıt