Türkiyədə koronavirusdan sağalanların sayı nə qədərdir? - SON RƏQƏM

Türkiyədə koronavirusdan sağalanların sayı nə qədərdir? - SON RƏQƏM

Türkiyədə son 24 saat ərzində daha 58 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. ONN media xəbər verir ki, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 952 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 639 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 143 114 nəfərə çatıb. Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı 101 715 nəfər təşkil edir.
Geri qayıt