“Bazarstore”da BƏDBƏXT OLAY - Gənc qız...

Gəncə şəhərində yerləşən “Bazarstore” mağazasında bədbəxt hadisə baş verib. ONN media xəbər verir ki, supermarketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Arzu Əliyeva mağazanın yük liftinin şaxtasına yıxılıb. Ona qabırğaların çoxsaylı sınığı və daxili qanaxma diaqnozu qoyulub.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.(qafqazinfo.az)