Dünyada koronavirusdan ölənlərin sayı 300 mini ötüb

Dünyada yeni növ koronavirusdan ölənlərin sayı 300 749 nəfərə çatıb. ONN media xəbər verir ki, bu barədə koronavirus üzrə statistikanı izləyən "Worldometers" portalında bildirilib. Məlumata əsasən, saat 21:17 (GMT+4) üçün koronavirusa yoluxanların sayı 4 487 691 nəfərə, koronavirusdan sağalanların sayı isə 1 688 631 nəfərə çatıb.