Məscidlər nə vaxt açıla bilər?

Məscidlər nə vaxt açıla bilər?

Türkiyədə koronavirus epidemiyası səbəbindən bağlanan məscidlər iyunun 12-si açılacaq. ONN media xəbər verir ki, bu barədə Türkiyənin Dəyanət İşləri naziri Əli Ərbaş açıqlama verib: “12 iyundan etibarən məscidlərimizin həyətlərində namaz qılmağa başlayacağıq”. Bildirilib ki, bu vəziyyətdə gələcək 4 həftə ərzində cümə namazlarının qılınmasına icazə verilməyəcək. Xatırladaq ki, Əli Ərbaş 15 martda verdiyi açıqlamada yaranmış epidemioloji vəziyyət səbəbindən məscidlərdə camaatla birlikdə qılınan cümə namazlarına fasilə verildiyini bildirmişdi.

Geri qayıt