ABŞ-da koronavirusdan ölənlərin sayı 90 mini ötdü

ABŞ-da koronavirusdan ölənlərin sayı 90 mini ötdü

ABŞ-da koronavirusdan ölənlərin sayı 90 min nəfəri ötüb. ONN media  xəbər verir ki, bu barədə koronavirus üzrə statistikanı izləyən "Worldometers" portalında bildirilib. Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 1 507 773 nəfərə çatıb. Virusa yoluxanlardan 90 113 nəfəri ölüb, təxminən 340 min nəfəri isə sağalıb.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 4 721 828 nəfər, ölənlərin sayı isə 313 260 nəfər təşkil edir.
Geri qayıt