Sumqayıtda beşmərtəbəli binada YANĞIN

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 33 m² olan 1 otaqlı mənzildə ev əşyaları 20 m² sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən ONN media -ya verilən məlumata görə, mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.