Türkiyədə koronavirusdan ölənlərin sayı artdı
Türkiyədə son 24 saat ərzində 31 nəfər koronavirusdan dünyasını dəyişib. ONN media xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat verib. Bildirib ki, sutka ərzində yoluxanların sayı 1158-ə çatıb. Beləliklə, ölkədə virusdan dünyasını dəyişənlərin sayı 4171-ə yüksəlib. Bildirək ki, bu günə kimi Türkiyədə yeni növ koronavirus infeksiyasına 150 593 nəfər yoluxub, 111 577 pasiyent isə sağalıb.
