Mi-8 hərbi helikopteri sərt eniş etdi - ÖLƏNLƏR VAR

Rusiyanın payataxtı Moskva şəhərinin yaxınlığında Mi-8 hərbi helikopteri sərt eniş edib. ONN media xəbər verir ki, insident Klin yaşayış məntəqəsindən 20 kilometr aralıda qeydə alınıb. Bildirilir ki, helikopterin sərt eniş etməsi nəticəsində heyət üzvləri həlak olublar.