Ərdoğan ilk dəfə maska ilə görüntüləndi - Foto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk dəfə maska ilə görüntülənib. ONN media xəbər verir ki, Başakşehir Çam və Sakura Şəhər Xəstəxanasının açılış mərasimindən qayıdan türkiyəli liderin maska taxması diqqətdən qaçmayıb. Ərdoğan xəstəxana kompleksinin çıxışında avtomobilindən kameralara əl yelləyib.
Qeyd edək ki, Ərdoğan indiyədək maska ilə görüntülənməyib.