5,5 bal gücündə zəlzələ oldu

Meksikanın qərb sahili yaxınlığında 5,5 bal gücündə zəlzələ qeydə alınıb. ONN media xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji xidməti bildirib. Məlumata əsasən, zəlzələnin episentri Mapastepek şəhərindən 125 km cənub-qərbdə (əhalisi təxminən 18 min nəfər), ocağı isə 15,8 kilometr dərinlikdə yerləşib.
Dağıntı, xəsarət alan və sunami təhlükəsi barədə məlumat verilməyib.