İranda güclü zəlzələ baş verdi

İranın cənub-qərbində 5.2 bal gücündə zəlzələ baş verib. ONN media xəbər verir ki, bu barədə İranın Seysmologiya Mərkəzi məlumat yayıb. Yerli vaxtla saat 13:41-də qeydə alınan yeraltı təkanların episentri Kohquliyə-Boyerəhməd vilayətindən 14 km aralıda yerləşən Doqonbadan rayonunda olub. Tələfat və dağıntılarla bağlı məlumat verilməyib.