TƏBİB ən son statistikanı AÇIQLADI

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 4006 test edilib. ONN media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mayın 28-nə açıqladığı statistikada qeyd olunub. Bildirilib ki, indiyə kimi ölkədə 284 669 test edilib və 4 759 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 3022 nəfəri sağalıb, 56-ı vəfat edib. Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 191 yeni yoluxma faktı qeydə alınıb, 2 nəfər vəfat edib, 125 xəstə sağalıb.