Helikopter qəzaya uğradı - 4 ÖLÜ

ABŞ-ın İllinoys ştatında helikopter qəzası baş verib. ONN media xəbər verir ki, bir mühərrikli helikopterin qəzaya uğraması nəticəsində azı 4 nəfər həlak olub. Hadisənin başvermə şəraiti hələlik məlum deyil. Birləşmiş Ştatların Nəqliyyatda Təhlükəsizlik İdarəsi faktla bağlı təhqiqat aparır. Məlumata görə, hadisə zamanı hava maşınının pilotu və 3 sərnişini həlak olub.