Bakıda bu etik ənənələr yoxa çıxır

Pandemiya azərbaycanlılara xas bəzi sosial-etik davranışları sıradan çıxarır.
ONN media xəbər verir ki, koronavirus təhlükəsi səbəbindən insanlar artıq ictimai nəqliyyatda müəyyən sosial yardımlaşmalar etməkdən çəkinirlər. İctimai nəqliyyatda bir-birinə yer vermək kimi ənənə də qalmayıb. Həmçinin infeksiyaya yoluxma qorxusundan avtobus və metroda əyləşənlər ayaq üstə dayanmış sərnişinin çantasını götürüb saxlamaq istəmir.
Sosiolqların fikrincə, pandemiyadan sonra müəyyən sosial davranışlar yoxa çıxacaq. Bu sıraya yuxarıda sadaladıqlarımızdan başqa əllə görüşmək, qucaqlaşmaq kimi ənənələr də daxildir.