Bu tarixə qədər beynəlxalq uçuşlar gecikdiriləcək - RƏSMİ

Daxili uçuşların yaxın zamanda bərpa olunması gündəmdədir. ONN media xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib: "Burada hava nəqliyyatında tətbiq olunacaq metodiki göstərişlər hazırlanıb. Daxili uçuşlar zamanı keçiriləcək gəliş-gedişlərə laboratoriya analizlərinin keçirilməsi nəzərdə tutulur". O qeyd edib ki, beynəlxalq uçuşların bərpası ilə bağlı ölkələrlə müzakirələr davam edir: "Güman edilir ki, 1 iyula qədər beynəlxalq uçuşlar gecikdiriləcək".