Türkiyədə koronavirus qurbanlarının sayı artdı

Türkiyədə son sutka ərzində 814 yeni yoluxma faktı qeydə alınıb. ONN media xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb. Nazirin sözlərinə görə, Türkiyədə bu gün 23 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 4692, yoluxanlar isə 170 min 132 nəfərə çatıb. Türkiyədə indiyədək 137 min 969 xəstə sağalaraq evə buraxılıb.